Quba RPŞ yeni binaya köçdü
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Daxili işlər naziri təntənəli açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin mayında başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2500 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 60 xidməti otaq, akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Ramil Usubov Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb.

591