İsmayıllıdakı yanğının söndürülməsinə 11 ədəd texnika cəlb edilib
Fövqəladə Hallar Nazirliyi İsmayıllı dağlarında baş vermiş yanğınla bağlı növbəti dəfə məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Əyyubbəyli kəndi ərazisində quru ot, kol-kos və xırda ağacların yanması və yanğının genişlənərək meşə zolağına keçməsi təhlükəsinin yaranması barədə məlumat daxil olub.
Yanğının dağlıq ərazidə olmasını nəzərə alaraq dərhal Nazirliyin 200 nəfərə yaxın canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 3 helikopteri hadisə yerinə cəlb edilib. Ümumi sahəsi 5-6 ha təşkil edən yanğın 28 iyul 2011-ci il tarixində saat 10:45-də nazirliyin müvafiq qüvvələri tərəfindən söndürülüb. Hazırda Nazirliyin 40 nəfər canlı qüvvə və 4 ədəd texnika, o cümlədən 2 helikopter yarğanlar arasında müşahidə olunan xırda tüstülənmələrin söndürülməsi istiqamətində müvafiq iş aparır.

511