Eynulla Fətullayevin məhkəməsi yenə təxirə salındı
Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımov bildirib ki, dövlət ittihamçısı Həsən Mansurov işlə tanış olmadığını əsas gətirərək, prosesin təxirə salınmasını istəyib.
Hakim prosesi avqustun 17-si, saat 11:00-a təyin edib.
Qeyd edək ki, proses daha öncə də iyulun 13-dən, iyulun 27-nə keçirilmişdi.
Xatırladaq ki, Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevin qanunsuz narkotik saxlaması ittihamına görə onun 2,5 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Anar

475