Bakıda yeznə vintaçanı qaynının ürəyinə soxdu
İyulun 26-da Bakıda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, E.Qasımov küçəsinin həyətindəki avtomobil dayanacağında dava düşüb. Dava edənlər isə Gürcüstan vətəndaşları olan əslən azərbaycanlılar - 1989-cu il təvəllüdlü Əhmədov Rövşən Əliqismət oğlu və onun qayını Həsənov Qismət Əhliman oğlu ölüb.
Ətrafdakı şəxslər müdaxilə etmək istəsələr də, tərəfləri sakitləşdirə bilməyiblər və 22 yaşlı R.Əhmədov vintaçanla bacısının həyat yoldaşının ürəyinə zərbə endirib. İkinci xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

453