Karxanada divarı söküb, fəhlənin qazancını apardılar
Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Güzdək qəsəbəsində yerləşən karxanada naməlum şəxs və ya şəxslər daşdan tikilmiş otağın divarını sökərək otağa girib. Daha sonra isə oğru orada işləyən Cəlilabad rayon, Edişə kənd sakini, 1989-cu il təvəllüdlü Quliyev Vüqar Faiq oğlunun paltarının cibindən 300 manat pul və sənədlərini götürüb.
Faktla əlaqədar araşdırma başlanılıb. Hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, pulu oğurlanan şəxs karxanada fəhlə işləyirmiş.
Faktla əlaqədar araşdırma başlanılıb. Hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, pulu oğurlanan şəxs karxanada fəhlə işləyirmiş.
504