Rusiyada azərbaycanlı bıçaqlanıb
İyulun 25-dən 26-a keçən gecə Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk şəhərində dava-dalaş baş verib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, gecə saat 00:25 radələrində “Üç soğulcan” kafesində baş verən dava-dalaş nəticəsində Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü şəxs sağ budundan bıçaq yarası alıb, Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü şəxs isə qarnından, baldırından və ombasından bıçaq yarası, qapalı kəllə-beyin travması alıb, beyni silkələnib.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Araşdırma zamanı məlum olub ki, azərbaycanlı və ukraynalıya kafedə naməlum şəxslər hücum çəkiblər. Azərbaycanlı və ukraynalı Rusiyada qeydiyyatda olmayıb, Vsevolojsk şəhərində yaşayıb. Ukrayna vətəndaşı aldığı xəsarətlərdən iyulun 26-da səhər saatlarında həyatını itirib.

421