
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtı açıqlandı
Bu haqda APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, imtahan avqustun 28-də keçiriləcək. E. Nağızadə qeyd edib ki, imtahanlarda iştirak etmək üçün elektron ərizə verən 21165 abituriyentdən 17849-u öz ərizələrini təsdiqlədib. Həmin ərizələrdən 16977-si Azərbaycan, 872-si isə rus dili bölmələri üzrədir.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün sənəd qəbulu iyunun 28-də başlayıb, ərizələrin təsdiqləndirilməsi prosesi avqustun 10-dək davam edəcək.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün sənəd qəbulu iyunun 28-də başlayıb, ərizələrin təsdiqləndirilməsi prosesi avqustun 10-dək davam edəcək.
Oxşar yazılar

"Niva"nı kənddə aşıran sürücü xəstəxanaya düşdü
20 iyul 2025 , 16:00
Novxanıda iki yeniyetmə dənizdə batdı -YENİLƏNİB
20 iyul 2025 , 15:40
Kürdəmirdə istirahət mərkəzində zəhərlənənlərin sayı artdı-YENİLƏNİB
20 iyul 2025 , 14:12
Yerinə işə götürülən şəxsi balta ilə öldürdü
20 iyul 2025 , 13:57
Göygöldə avtomobil piyadanı vurub öldürdü
20 iyul 2025 , 08:18
Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59