Tatlısəs iflic olmayacaq
Bu ilin martında başından ağır güllə yarası alan və sol əli iflic duruma düşən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsdən xoş xəbər var. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədə Romatem Darüşşafaka Fiziki Müalicə və Reabilitasiya Mərkəzində müalicə alan İbrahim Tatlısəs sol əlini hərəkət etdirməyə başlayıb.
Almaniyalı həkimlərin İbrahim Tatlısəsin başından aldığı güllə yarası səbəbindən sol əlini hərəkət etdirə bilməyəcəyini proqnozlaşdırmalarına baxmayaraq, müğənninin artıq sol əli ilə nərdivandan tutub çıxmağa başladığı məlum olub.
Almaniyada bundan əvvəl müalicə aldığı xəstəxanadan İbrahim Tatlısəsi ziyarət etməyə gələn həkimlər bunu görərək təəccübləniblər. Müğənni avqustun sonlarında Almaniyada başından ikinci əməliyyat keçirəcək.

381