Keçmiş polis mayorundan külli miqdarda narkotik götürülüb
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Qazax rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Mirzəyev Rafayel Kamandar oğlundan və Astara rayonunun Sərək kənd sakini Abdullayev Vahid İzzət oğlundan ümumilikdə 4 kiloqram 125 qram həşiş qətranı götürülüb.
Toplanmış materiallar aidiyyatı üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.
Toplanmış materiallar aidiyyatı üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.
468