“VAZ 2107” hasara çırpıldı: 1 ölü, 2 yaralı
26 iyul 2011 10:37 (UTC +04:00)

“VAZ 2107” hasara çırpıldı: 1 ölü, 2 yaralı

0
Şəki şəhərində ağır yol qəzası baş verib. Şəki rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, iyulun 26-na keçən gecə, saat 00 radələrində 1988-ci il təvəllüdlü Rəhimov Elvin Fərman oğlu “VAZ 2107” markalı avtomobillə Bəxtiyar Vahabzadə küçəsi ilə hərəkət edərkən maşını daş hasara çırpıb. Nəticədə avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Bağırov İlqar Məhərrəm oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan E.Rəhimovun vəziyyətinin daha pis olduğu bildirilir. Həkimlər koma vəziyyətində olan sürücünün həyatını xilas etməyə çalışır.

Faktla əlaqədar araşdırma başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar