İnsan orqanizmi üçün təhlükəli olan 2 ton dondurma məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə göstərişlər verib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə “Camal” Ltd şirkətinə icrası məcburi göstəriş verilib.
Göstərişin icrası ilə əlaqədar, 1,5 ton keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. İnsan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə Müzəffər Poladova da icrası məcburi göstəriş verilib. Göstərişin icrası ilə əlaqədar 485 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Araşdırmalar davam edir.

530