Səfirlik: Təyyarə qəzasında ölənlərin cəsədləri bu gün Bakıya çatdırıla bilər
Bu barədə APA-ya “Silk Way” aviaşirkətinin direktorunun müşaviri, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü Adil Qasımov məlumat verib. Onun sözlərinə görə, hazırda cəsədlərin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı Əfqanıstan tərəfdən cavab gözləyirlər: “Cəsədlərin gətirilməsi üçün göndərəcəyimiz təyyarə hazır vəziyyətdə gözləyir. Razılıq verilən kimi təyyarəmiz qəzada həlak olanların cəsədlərinin qalıqlarını Azərbaycana gətirmək üçün dərhal yola düşəcək. cəsədlər Bakıya gətirilən kimi məhkəmə-tibbi ekspertizasına göndəriləcək”.
Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli isə APA-ya bildirib ki, həlak olmuş ekipaj üzvlərinin cəsədlərinin sənədləşmə işləri tam başa çatıb və gün ərzində onların Bakıya çatdırılacağı gözlənilir. Onun sözlərinə görə, ötən həftə sonu Əfqanıstan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində qəza bölgəsində cəsədlərin qalıqlarını aşkar etmək mümkün olub: “Təbii ki, böyük qəza yerində bütün insan cəsədlərini tapmaq çətin işdir. Amma tapılması mümkün olmuş cəsəd qalıqları Bakıya göndərilək xüsusi ekspertizadan keçiriləcək və bunun əsasında qalıqların kimə məxsus olmasına aydınlıq gətiriləcək”.
Diplomat deyib ki, hazırda cəsədlərin fraqmentləri əfqan paytaxtının “Davudxan” xəstəxanasının morqundadır: “Cəsəd qalıqları Bakıya “Silk Way” aviaşirkətinə məxsus təyyarə ilə çatdırılacaq. Bakıda identifikasiya işləri başa çatandan sonra isə cəsədlər yaxınlarına təhvil veriləcək”.
Ç.Qəribli qeyd edib ki, ötən həftə sonu Azərbaycan tərəfi Əfqanıstan hökumətinə nota təqdim edərək cəsəd qalıqlarının nəqli və sənədləşdirilməsində yardım etməyi xahiş edib: “Əfqan tərəfi bu notaya müsbət cavab verib və əlindən gələni edib”.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

419