6 ayda 30 yol polisi daxili işlər orqanlarından xaric edilib
25 iyul 2011 11:51 (UTC +04:00)

6 ayda 30 yol polisi daxili işlər orqanlarından xaric edilib

Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2011-ci ilin yanvar ayının 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlarla bağlı yanvarın 27-dən fevralın 2-dək Bakı, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt və Şirvan şəhərlərində respublika üzrə DYP qurumlarının tam tərkibdə heyəti ilə zona müşavirələri keçirilib, dövlət rəhbərinin tələbləri şəxsi heyətə çatdırılıb, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan bir daha tələb olunub. Bu ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı korrupsiya hüquqpozmalarına və xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 30 əməkdaş Daxili İşlər Orqanlarında xidmətdən xaric olunub, 16 nəfər isə tutduğu vəzifədən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21