Azərbaycanlı baş redaktor Ukraynada tutulub
Ukraynada dərc olunan “Azərbaycan sözü” qəzetinin baş redaktoru Azər Qardaşlı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Bunu Lent.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı səfirliyimizdə nümayəndəsi Zəfər Abiyev bildirib.
O deyib ki, Azər Qardaşlı ləqəbi ilə tanınan şəxs 10 gün öncə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən həbs edilib və yaxın iki ayda Azərbaycana ekstradisiya olunacaq. Z.Abiyevin sözlərinə görə, araşdırmalar nəticəsində əldə etdikləri məlumata əsasən, Azər Qardaşlı imzası ilə jurnalist fəaliyyəti göstərən şəxsin əsl ad-soyadı İlham Xudiyev olub. O, Bakının Nərimanov rayon Polis İdarəsi tərəfindən dələduzluq maddəsilə beynəlxalq axtarışa verilib.
Azər Qardaşlı İlham Xudiyevin özünə seçdiyi təxəllüs olub. O, bu ilin martında Ukraynada azərbaycan dilində dərc olunmağa başlayan “Azərbaycan sözü” qəzetinin baş redaktorluğunu həyata keçirib. Qəzetin təsisçisi Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadovdur. Təşkilatın 2005-ci ildə Ukrayna və Azərbaycanın ictimai xadimləri tərəfindən yaradıldığını bildirilir.
Anar GƏRAYLI

Oxşar yazılar

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 mart 2025 , 04:38
İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapıldı - FOTO
3 mart 2025 , 02:06
İmişlidə FACİƏ: 4 yaşlı uşaq şoka düşərək öldü
3 mart 2025 , 00:59
İsmayıllıda kirayədə yaşayan tələbənin MEYİTİ TAPILDI
2 mart 2025 , 19:11
Bakıda ağacları kəsdilər - Baş Prokurorluğa MÜRACİƏT
2 mart 2025 , 16:28
İftar üçün xoruz kəsən kişi FACİƏLİ şəkildə öldü
2 mart 2025 , 16:19
Biləsuvarda həmyerlisinə atəş açan şəxs saxlanıldı-YENİLƏNİB
2 mart 2025 , 15:05