Təyyarə qəzasında ölənlərdən neçəsinin cəsədinin tapıldığı bilinmir
Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın “Silk Way” şirkətinə məxsus təyyarədə həlak olanların cəsədləri yaxın günlərdə Bakıya gətiriləcək və onların üzərində DNT testi keçirilərək, şəxsiyyətləri müəyyən edilməyə çalışılacaq.
Bunu Lent.az-a açıqlamasında qəzanın araşdırılması üçün yaradılmış komissiyanın Azərbaycan tərəfdən üzvü Adil Qasımov bildirib. O deyib ki, cəsədlərin şəxsiyyətini müəyyən etmək çətindir. Çünki onlar yanmış vəziyyətdədir. A.Qasımovun sözlərinə görə, kimliyi müəyyən olunan cəsədlər qohumlarına təhvil veriləcək. Şəxsiyyəti müəyyən olunmayan cəsədlər isə itkin düşmüş hesab olunacaq.
Komissiya üzvü deyib ki, hadisə yerindən tapılan cəsəd qalıqlarının neçə nəfərə aid olduğu bilinmir: “Siz də başa düşürsünüz ki, tapılan cəsədlər həlak olanların yanmış qalıqlarıdır. Onların neçə nəfərə aid olduğunu söyləmək mümkün deyil DNA ekspertizasından sonra bu, bəlli olacaq”.
Hazırda cəsədlər Kabil şəhərindəki “Davudxan” xəstəxanasındadır, zəruri sənədləşmə aparıldıqdan sonra qısa müddətdə Azərbaycana göndəriləcək.
”
Qeyd edək ki, dünən təyyarənin ekipaj üzvlərinin cəsədlərinin qalıqları tapılıb. Meyitləri Əfqanıstan Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi geniş əməliyyat nəticəsində tapmaq mümkün olub. Hazırda onlar Kabil xəstəxanasında saxlanılır.
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Anar Gəraylı

450