Bakıda il ərzində 39 cinayətkar qrup zərərsizləşdirilib
Bakı Şəhər Baş Polis İdarəsi bu ilin birinci yarısında paytaxtda qeydə alınan cinayət hadisələrinin statistikasını açıqlayıb. İdarədən APA-ya verilən məlumata görə, hesabat dövründə Bakı şəhərində 5580 cinayət hadisəsi qeydə alınıb ki, onların 89,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 10,9 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Ümumi cinayətlərin açılması 74,4 faiz təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində paytaxtda 13 quldurluq və 29 soyğunçuluq hadisəsi törətmiş 97 nəfərdən ibarət 39 cinayətkar qrup, habelə 33 mənzil oğurluğu törətmiş 48 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.
Həyata keçirilən profilaktiki və əməliyyat-axtarış tədbirləri nəticəsində 129 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərlə bağlı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 734 nəfərdən 394-ü, habelə əvvəlki illərdən axtarılan 58 nəfərin tutulması təmin edilib. Tutulan şəxslərdən 78 nəfəri xüsusilə ağır cinayət törətmiş şəxslərdir.
Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Qanunsuz keçirilməsinə cəhd göstərilən 7 aksiyanın qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayiş nümunəvi şəkildə təmin olunub.

396