Qəzaya uğrayan təyyarəmizə yaxınlaşmaq istəyənlər yenə də atəşə tutulublar
Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğradığı əraziyə yaxınlaşmaq və həlak olanların cəsədlərinin götürmək cəhdləri son iki gün ərzində də davam edib, amma bu cəhdlər də əvvəlkilər kimi nəticəsiz qalıb.
Bu barədə APA-ya təyyarənin məxsus olduğu «Silk Way» aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov bildirib. Onun sözlərinə görə, son iki gündə bununla bağlı böyük cəhdlər edilib, amma hadisə yerinə yaxınlaşanlar yenə də atəşə tutulub.
Müşavir hadisənin səbəblərinin araşdırılması üçün Azərbaycanda yaradılan komissiyanın günün sonunda vəziyyətlə bağlı geniş məlumat yayacağını bildirib.
Qeyd edək ki, təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov iyulun 9-da keçirilən mətbuat konfransında Azərbaycan tərəfinin qəza ilə bağlı araşdırma aparmaq, hadisə yerinə yaxınlaşmaq, cəsədləri və təyyarənin qalıqlarını götürmək üçün Əfqanıstanın rəsmi qurumları ilə yanaşı, həmin əraziyə nəzarət edən “Taliban” qüvvələri ilə də danışıqlar aparmağa cəhd göstərdiyini bildirib. O, həmçinin qeyd edib ki, təyyarənin “Taliban” qüvvələri tərəfindən vurulması ehtimalı çox böyükdür.
İ. Əmirov qeyd edib ki, hadisə baş verən ərazidə döyüşlər getdiyi üçün həmin əraziyə yaxınlaşmaq mümkün olmur: “Əfqanıstanın Nəqliyyat Nazirliyi NATO qüvvələri ilə birlikdə iki dəfə əraziyə yaxınlaşmağa cəhd göstərib. Lakin hər iki cəhddə havaya qalxan helikopterlər yerdən atəşə tutulub. Məhz buna görə də onlar ərazidən uzaqlaşmalı olublar. Buna baxmayaraq, ikinci cəhd zamanı qəza baş verən ərazidə foto çəkilişlər aparmaq mümkün olub. Çəkilmiş fotolardan qəzaya uğrayan təyyarənin bizə məxsus olduğunu müəyyən edilib”.
Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

508