Nabranda istirahət edən 57 sürücü cəzalandırıldı
Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsində reyd keçirib. Reydin əsas məqsədi yol nəqliyyat hadisələrinin qarşısını almaq olub. Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəyli Lent.az-ın bölgə müxbirinə bildirib ki, reyd zamanı yol hərəkəti qaydalarını pozan 57 sürücü barədə protokol tərtib edilib. Həmin sürücülərin 12 nəfəri avtomobilini sərxoş vəziyyətdə, 8 nəfəri isə yüksək sürətlə idarə etdiyi üçün saxlanılıb. 37 sürücünün ötmə əməliyyatını düzgün aparmaması, avtomobilində əlavə avadanlıq quraşdırması, eləcə də digər qayda pozuntuları törətmələri aşkarlanıb. Ə.Əsgərbəyli onu da bildirib ki, bu kimi reydlər istirahət mövsümündə mütəmadi olaraq davam edəcək.
Vəli Turan
Vəli Turan
431