Gürcüstandan Azərbaycana gələn qatar relsdən çıxıb
11 iyul 2011 10:44 (UTC +04:00)

Gürcüstandan Azərbaycana gələn qatar relsdən çıxıb

Bu gecə Gürcüstandan Azərbaycana gələn yük qatarı relsdən çıxıb.
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Poti limanından Azərbaycana gələn qatarın 2 vaqonu relsdən çıxaraq Kaspsk rayonunun Miriani kəndi yaxınlığında aşıb.
Aşan vaqonlar boş olub. Dağıntı və tələfat yoxdur. Olayla bağlı dəmiryolunda hərəkət müvəqqəti dayandırılıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov «APA-ECONOMICS»ə açıqlamasında aşan vaqonların Azərbaycanda məxsus olmadığını deyib. «Əgər vaqonlar «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olardısa, bu halda dərhal bizə məlumat verilərdi. Hazırda bizdə belə bir məlumat yoxdur», - deyə N. Əzməmmədov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar