Azərbaycan “Taliban”la danışığa cəhd edir
09 iyul 2011 13:21 (UTC +04:00)

Azərbaycan “Taliban”la danışığa cəhd edir

0
Hazırda Azərbaycan Əfqanıstanda qəzaya uğrayan təyyarənin qalıqlarına çatmaq, həlak olanların nəşlərini ölkəyə gətirmək və təyyarənin “qara qutu“sunu əldə etmək üçün qəza bölgəsinə nəzarət edən “Taliban” təşkilatı ilə danışıqlara cəhd edir.

Lent.az-ın məlumatına görə, bu barədə məlumatı AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib. O bildirib ki, artıq bu gün bu məsələ ilə bağlı ilkin cəhdlər ediləcək.

Azərbaycan tərəfi çalışır ki, “Taliban” qəza bölgəsinə enməyə imkan versin: “İlk iki cəhddə buna imkan verilməyib. Qəza bölgəsinə nəzarət edən silahlı qüvvələr əraziyə enmək istəyən NATO helikopterinə atış açıb. Nəticədə qəza bölgəsinin şəkilləri çox uzaqdan çəkilib”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar