Əfqanıstanda qəzaya uğrayan təyyarənin şəkli çəkilib
09 iyul 2011 13:13 (UTC +04:00)

Əfqanıstanda qəzaya uğrayan təyyarənin şəkli çəkilib

Hazırda Azərbaycan tərəfinin əsas məqsədi qəzaya uğrayan təyyarənin yanına yaxınlaşmaq, onun qara qutusunu götürmək və həlak olanların nəşlərini ölkəyə gətirməkdir.

Lent.az-ın verdiyi məlumata görə, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov söyləyib.
İlham Əmirov deyib ki, təyyarənin qəzaya uğradığını ehtimal edirlər: “Ancaq başqa ehtimal da təyyarənin “Taliban” tərəfindən vurulmasıdır”.


İlham Əmirov bildirib ki, təyyarənin yanına ilk uçuş zamanı heç bir müvəffəqiyyət əldə olunmayıb. Lakin ikinci uçuşda şəkillər çəkilib. İkinci uçuş zamanı çəkilən şəkillərdən isə məlum olur ki, bu, həqiqətən “Silk Way Holdinq” MMC-nin təyyarəsidir.


Onun sözlərinə görə, təyyarə 3 min 800 metr yüksəklikdə Əfqanıstandakı radarlardan itib. Daha sonra qəzanın araşdırılması ilə bağlı komissiya yaradılıb. Hazırda komissiya üzvlərinin 5 nəfəri Əfqanıstandadır. 1 nəfər Əfqanıstan Nəqliyyat Nazirliyi və NATO qüvvələri ilə birlikdə qəzaya uğrayan təyyarəyə yaxınlaşmağa çalışıblar, ancaq bu, mümkün olmayıb.


AZAL-ın vitse-prezidenti nəzərə çatdırıb ki, qəzaya uğrayan təyyarənin təhqiqat işlərini Əfqanıstan Nəqliyyat Nazirliyi öz üzərinə götürüb: “Beynəlxalq konvensiyalara əsasən, bu məsuliyyəti Əfqanıstan Hava Yolları da, Əfqanıstan Nəqliyyat Nazirliyi də öz üzərinə götürə bilərdi. Onların bu təhqiqatı aparmaq imkanları olmadığı halda Azərbaycan bu təhqiqat işini apara bilərdi. Lakin Əfqanıstan Nəqliyyat Nazirliyi bu işlə məşğul olmaq istədiyini bildirdi. Biz də etiraz etmədik. Əfqanıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılan təhqiqat qrupunda Azərbaycanda yaradılmış komissiyanın 1 üzvü təmsil olunacaq”.


Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15