İlan vuran 3 nəfəri xilas etmək mümkün olmayıb
07 iyul 2011 16:51 (UTC +04:00)

İlan vuran 3 nəfəri xilas etmək mümkün olmayıb

0
Mayın 1-dən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 44 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, onların 16 nəfəri Bakı və ətraf rayonların payına düşür.

Bu günə kimi ilan sancmalardan 3 nəfər tibbi yardıma gec müraciət etməsi səbəbindən dünyasını dəyişib.
Mayın 1-dən bu günə kimi əqrəb sancması diaqnozu ilə 6, qara qurd sancması diaqnozu ilə isə 3 nəfər müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar