Lənkəranda ikimərtəbəli yaşayış binası külə döndü
07 iyul 2011 13:27 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli yaşayış binası külə döndü

Azərbaycanın Lənkəran rayonunda dəhşətli yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində rayonun Nərimanabad-1 qəsəbəsində ikimərtəbəli, 8 mənzilli yaşayış binasında qeydə alınıb.


Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Dövlət Yanğın Nəzarəti Xidmətinin 4 yanğınsöndürən maşını cəlb olunub. Onların səylərinə baxmayaraq, binanın mənzilləri içindəki məişət avadanlıqları ilə birlikdə tamamilə yanıb. Xoşbəxtlikdən sakinlərdən xəsarət alan olmayıb. Hadisə yerinə gələn Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov sakinlərin müvəqqəti yerləşdirilməsi və binanın bir həftə ərzində təmir edilərək istifadəyə verilməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıq verib.


İlkin ehtimallara görə, binadakı yanğına mənzillərin birində məişət qaz balonunun partlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar