Paytaxtda dəmiryolu stansiyasının binasında qətl
Hadisə ötən gecə Ramana qəsəbəsində yerləşən dəmiryolu stansiyasının inzibati binasında qeydə alınıb. Orada gözətçi işləyən, Novruz Məhəmməd oğlu Mehdiyev naməlum şəraitdə qətlə yetirilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
392