Təyyarə qəzası ilə bağlı «Qaynar xətt» yaradılıb
06 iyul 2011 19:16 (UTC +04:00)

Təyyarə qəzası ilə bağlı «Qaynar xətt» yaradılıb

APA-ECONOMICS”-in məlumatına görə, «Qaynar xətt»in telefon nömrələri şirkətin saytında yerləşdirilib. Hadisə ilə bağlı vətəndaşlar (+ 994 50) 2259460 və (+ 99412) 4374757 (daxili 4031) nömrəsinə zəng edə bilərlər.

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.


Qəza nəticəsində təyyarənin 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-ci Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.

Hazırda qəzanın səbəblərini araşdırmaq üçün Azərbaycanda komissiya yaradılıb. Komissiyanın tərkibinə daxil edilən ekspertlər Əfqanıstana getməyə hazırlaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05