Hərbi Komissarlığın həbs olunan şöbə rəisi haqda yeni faktlar
Bu barədə APA-ya Gəncə Apellyasiya Məhkəməsindən bildirilib. Məlumata görə, hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə Nizami Rayon Komissarlığının 2-ci şöbəsinin rəisi Səfər Bayramovun həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair şikayəti təmin edilməyib.
Məhkəmədən həmçinin bildirilib ki, S. Bayramov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 32.3-cü (cinayətdə iştirakçılıq), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, 2009-cu il mayın 23-də Səfər Bayramovun Gəncə şəhərində yerləşən evində ağır qətl hadisəsi törədilib. S. Bayramovun qardaşı oğlu Elvin Bayramovla tanışı Coşğun Mərdanov arasında münaqişə baş verib. Elvin Bayramov Coşğun Mərdanovu bıçaqla qətlə yetirib. Sonra əmisi Səfər Bayramova və mərhumun atası İnşallah Mərdanova zəng edərək onları hadisə yerinə çağırıb, özü isə qaçıb. Hər iki şəxs hadisə yerinə gəliblər, İnşallah Mərdanov oğlunun meyitini və Səfər Bayramovu görərək elə zənn edib ki, qətli Səfər Bayramov törədib. O, oğlunun qisasını almaq məqsədilə Səfər Bayramova bıçaq xəsarəti yetirib.
Əvvəlcə istintaq da bu qətl hadisəsində mənzil sahibi, Gəncə Şəhər Hərbi Komissarlığının şöbə müdiri Səfər Bayramovun əli olması versiyasını irəli sürüb. Sonradan müəyyən edilib ki, hadisə baş verərkən Səfər Bayramov işdə olub və hadisənin onun qardaşı oğlu tərəfindən törədildiyi müəyyənləşib və o, həbs edilib.
Əlavə edək ki, hazırda Respublika Hərbi Prokurorluğu Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının Hərbi komissarlıqlarında yoxlamalar aparır. Yoxlamalar zamanı hər iki komissarlıqda korrupsiya faktları aşkar edilib.
Nizami Rayon Hərbi Komissarlığında aparılan yoxlamalar zamanı komissarlıqda aşkar edilmiş korrupsiya faktı ilə əlaqədar bir nəfər həbs edilib. Tutulan şəxs komissarlığın 2-ci şöbəsinin rəisi Səfər Bayramovdur.
Kəpəz Rayon Hərbi Komissarlığındakı yoxlamalarla əlaqədar isə hələlik saxlanılan yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt şəhər Hərbi Komissarlıqlarında da korrupsiya faktları aşkar edilib. Hər üç komissarlığın rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilib.

609