“Əl-Qaidə” ilə əməkdaşlıq edən azərbaycanlıya 15 illik həbs
APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Rəhim Salmanovun cinayətinin sübuta yetirildiyi qənaətinə gələrək, ittiham olunan şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, prokuror təqsirləndirilən Rəhim Salmanovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, Qusar rayon sakini Rəhim Salmanov 4 il axtarışda olub, 2006-cı ildə Rusiya Federasiyası ərazisində həbs edilərək, Azərbaycana ekstradisiya edilib. R. Salmanov Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət 15 nəfərlik dəstənin üzvlərindən olub və “İslam irsinin dirçəlişi” cəmiyyətinin, o cümlədən “əl-Qaidə” təşkilatının tərkibində Gürcüstanın Pankisi dərəsindəki düşərgələrdə təlim keçib. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma), 29, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa cəhd), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, cinayətkar dəstənin digər üzvləri - Arif Hacıyev ömürlük, Emil Hacıverdiyev 10 il, Hamdan Mohammed Ahmed Salem, Hacı Çankayev, Abdulla Abdulkərimov və Şirin Əliyev 7 il, Aslan Berkov, İsa İslamov, Karanay Abdulhəmidov, Arsen Qaziyev, Jembek Əsədullayev, Mustafa Dəlibaşlar, İnan Əhməd, Hayal Səlçuq Hüsnü, Həsən Ağayev və Karakaş Cuma Şıximam 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Rəhim Salmanov isə 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin yuxarı məhkəmə instansiyaları Rəhim Salmanov barəsində çıxarılan hökmü ləğv edib və cinayət işi yenidən Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinə göndərilib.

459