Hakim Bəxtiyar Hacıyevin vəsatətlərini təmin etmədi
Bu barədə Lent.az-a məlumat verən vəkil Əlayif Həsənov bildirib ki, prosesdə B.Hacıyev haqqında çıxarılmış həbs qərarının ləğvi, bir sıra nüfuzlu şəxslərin onu zaminə götürməsi və polis məntəqəsində və saxlanma təcridxanasında fiziki təzyiqlərə məruz qalmasının araşdırılması ilə bağlı vəsatətlər qaldırılıb. Hakim vəsatətlərin heç birini təmin etməyib.
Proses sabah - iyulun 6-da davam etdiriləcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

428