Həbsxanalarımızda 251 ömürlük məhbus saxlanılır
05 iyul 2011 12:46 (UTC +04:00)

Həbsxanalarımızda 251 ömürlük məhbus saxlanılır

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi “Beynəlxalq Həbsxana İslahatları” (PRİ) təşkilatı ilə birgə “Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə” mövzusunda Milli Konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri Kamil Səlimov bildirib ki, hazırda Azərbaycanda 251 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var. K. Səlimov 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunduğunu, bundan sonra ölkədə ömürlük həbsə məhkum edilənlərlə bağlı ciddi işlər görüldüyünü, cəzaçəkmə müəssisələrində liberallaşdırma həyata keçirildiyini deyib. O, həmçinin deyib ki, son 10 il ərzində Azərbaycanda ömürlük həbsə məhkum edilənlərə verilən görüşlərin sayı 4 dəfə artırılıb. Hazırda onlar radio və televiziya verilişlərinə baxa, yaradıcılıqla məşğul ola bilirlər.

Birlik sədri qeyd edib ki, ömürlük məhkumların saxlanma şəraiti xeyli yaxşılaşsa da, onların din xadimlərinə və psixoloqlara olan tələbatı hələ də ödənilməyib: “Bir neçə il əvvəl bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət etdik. Onunla, pravoslav və katolik kilsələrinin nümayəndələri ilə birgə görüş keçirdik. Təəssüf ki, bu iş yarımçıq qaldı. Ədliyyə Nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında belə bir müqavilə bağlanmalıdır. Bu, həbsxanada baş verən intiharların qarşısını almağa yardım edər. Ömürlük həbsə məhkum edilənlərin psixoloq yardımına da ehtiyacı böyükdür. Hər psixoloq orada işləyə bilmir”.

İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Eldar Zeynalov isə qeyd edib ki, ömürlük həbsə məhkum edilənlərlə bağlı əsas problem onların tərbiyə olunması ilə bağlıdır: “Sovet dövründə cəzaçəkmə müəssisələri islah-əmək müəssisələri adlanırdı. Hazırda ömürlük həbs çəkənlər nə fərdi, nə qrup şəklində əməklə məşğul olurlar. Əvvəllər belə məhkumlarla siyasi iş aparılırdı. İndi onlarla siyasi iş də aparılmır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21