Kürdəmirdə 4 avtomobil toqquşdu: 2 ölü, 4 yaralı
05 iyul 2011 10:08 (UTC +04:00)

Kürdəmirdə 4 avtomobil toqquşdu: 2 ölü, 4 yaralı

APA-nın Şirvan bürosunun xəbərinə görə, hadisə iyulun 4-də saat 22:00 radələrində yolun 172-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb. “Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəflətən qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxıb və ardıcıl olaraq “Daewoo Espero”, “VAZ 21015” və “Opel Astra” markalı minik maşınlarına çırpılaraq onları aşırıb. Sürətin yüksək olması səbəbindən “Toyota Prado” özü də yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza nəticəsində Gəncə sakini, 1986-cı il təvəllüdlü Fərid Fərəcov və Bərdə sakini olan iki aylıq uşaq Ləman Abbaszadə dünyasını dəyişib, Bərdə sakini, 1982-ci il təvəllüdlü Brilyant Abbasova və 1988-ci il təvəllüdlü Cavid Abdullayev, Bakı sakini, 1988-ci il təvəllüdlü Zamiq Mirzəpur və 1973-cü il təvəllüdlü Vüqar Allahverdiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. “Toyota Prado”nun sürücüsünün kimliyi hələlik məlum deyil. Polis qəza yerinə gələndə o, hadisə yerində olmayıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar