Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar - Kərim Kərimov, Ramiz Qənbərov
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Kərim Məhəmməd oğlu Kərimov 1971-ci il iyulun 2–də Şərur rayonu Qarahəsənli kəndində anadan olub. O, Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirib, 1992-ci ilin aprel ayından cəbhənin Goranboy istiqamətində xidmətə başlayıb, mayın 5-də bir neçə döyüş yoldaşı ilə birlikdə Talış yüksəkliyini düşməndən azad edib, 40 nəfərə yaxın düşmən yaraqlısını məhv edib. Səhəri gün ermənilər həmin yüksəkliyə hücum ediblər, düşmənin artıq qüvvəsinə qarşı şiddətli döyüş olub. Düşmənin bir texnikası, xeyli canlı qüvvəsi məhv edilib, Kərim son gülləsi ilə düşmənin əlinə keçməmək üçün özünü öldürüb. Onun cəsədi iyunun 16-da Talış kəndi azad edildikdən sonra geri qaytarılıb və doğulduğu Qarahəsənli kəndində dəfn edilib. Qarahəsənli kəndində onun büstü qoyulub, Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.
Ramiz Bulud oğlu Qənbərov 1962-ci il iyulun 2-də Şuşa şəhərində anadan olub. O, 1988-ci ildən erməni iddiaları və təcavüzünə qarşı fəal mübarizə aparıb, 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradıb, batalyonu ilə birlikdə Şuşa şəhəri, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. 1992-ci il aprelin 29-da Kosalar və Kərkicahan kəndləri yaxınlığında ağır döyüşə girib, düşmənin dörd postunu ələ keçirib, lakin ağır yaralanıb, səhəri gün gözlərini əbədi yumub. Şuşa şəhərində dəfn edilib, Bakıda Şəhidlər Xiyabanında şərti məzarı da var. Bakı şəhərində adına küçə var.

706