Məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun: 5 yaralı
Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada uçqun olub. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 17.30 radələrində Gəncə prospekti, 17 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində baş verən uçqun nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan 3-nün aldığı xəsarətlər ağır olduğundan onlar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Onların adları hələlik açıqlanmır.
Polisdən, həmçinin bildirilib ki, sözügedən yataqxana binası qəzalı vəziyyətdə olub və yaşayış üçün təhlükəli imiş. KTM-dən APA-ya bildirilib ki, hadisə ilə bağlı mərkəzə 3 azyaşlı gətirilib. Hazırda onlar həkimlər tərəfindən müayinə olunurlar.
Faktla bağlı araşdırmalar davam etdir.

424