50 yaşlı kişi özünü eyvanda asıb
30 iyun 2011 15:24 (UTC +04:00)

50 yaşlı kişi özünü eyvanda asıb

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yenikənd kənd sakini 1961-ci il təvəllüdlü Qurbanov Famil Qüdrət oğlu özünü öldürüb. O, özünü yaşadığı evin qarşısındakı eyvanda kəndirlə asıb. Həmin vaxt evdə kimsə olmadığından F.Qurbanova mane olan tapılmayıb. 50 yaşlı kişinin intihar etməsindən isə ilk olaraq, qardaşı xəbər tutub. O dərhal kəndiri kəsib, lakin artıq gec olub.


Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, intihar edən şəxs ailəli olub. O, usta kimi müxtəlif yerlərdə işləyirmiş.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar