Bakıda 21 yaşlı oğlan ölümcül bıçaqlandı
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şossesinin 6-cı kilometrliyində 1990-cı il təvəllüdlü Tağıyev Etibar İlham oğlu bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əməliyyatçılar vəziyyəti ağır olan yaralını bu gün səhər saatlarında dindirə biliblər.
21 yaşlı oğlan bildirib ki, o, həmin ərazidə yerləşən kafedə yeyib-içib və sərxoş halda yola düzəlib. Bu zaman tanımadığı şəxslərin hücumuna məruz qalıb və onu bıçaqlayıblar.
Ehtimal olunur ki, içkili vəziyyətdə olan E.Tağıyev baş verən hadisələri və mübahisəni yaxşı xatırlamır.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA

474