Günün tarixi
30 iyun 2011 08:00 (UTC +04:00)

Günün tarixi

1625. Şah Abbas gürcülər üzərində qələbə çalıb

1810. Fransa Niderlandı işğal edib

1868. Rus ordusu Səmərqəndi ilhaq edib

1893. Dünyanın ən böyük almazlarından olan “Ekselsior” tapılıb. Bu almazın kütləsi 995 karat təşkil edir.

1905. Albert Eynşteyn nisbilik nəzəriyyəsinin ilk postulatını açıqlayıb

1908. Rusiyanın Tunqus vilayətinə (Sibir) meteorit düşüb. Atmosferdə baş verən partlayışın gücü 10-40 meqaton arası dəyişib. Hadisə zamanı 2000 km2 meşə massivi məhv olub

1910. Avropa və Şimali Amerikanı birləşdirən telefon kabelinin çəkilişi başa çatıb

1913. İkinci Balkan Müharibəsi başlayıb

1918. Qaraməryəm döyüşü ADR qoşunlarının qələbəsi ilə başa çatıb

1956. Sovet mətbuatı Kommunist partiyasının “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarını dərc edib

1960. Konqo Belçikadan müstəqilliyini elan edib

1964. Ayın yaxın məsafədən şəkilləri çəkilib

1971. “Soyuz 11” kosmik gəmisində baş verən qəzada 3 sovet kosmonavtı həlak olub

1991. Simferopolda Krım tatarlarının parlamentinin ilk qurultayı keçirilib

2005. İspaniyada eyni cinsdən olanlar arasında nikah qanuniləşib.

Günün aforizmi

“Nuru paşanın siyasəti bizim daxili işlərimizə getdikcə daha çox qarışmağa meyl edir”.

Xoyskinin Rəsulzadəyə 23 avqust 1918-ci il tarixli məktubundan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar