Yağışlar 17 rayonda yolları dağıdıb
Bu barədə «APA-ECONOMICS»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-dən məlumat verilib. İlkin hesablamalara görə, 17 rayon üzrə yol təsərrüfatına dəyən ziyanın ümumi məbləği 21 mln. manatdan çoxdur. Yağışlar nəticəsində ziyan Daşkəsən, Göygöl, Goranboy, Qusar, Füzuli, Qobustan, Beyləqan, Oğuz, Şəki, Qax, Quba, Qəbələ, Şamaxı, Samux, İsmayıllı, Gədəbəy, Balakən rayonlarına dəyib. Ən çox ziyan çəkən rayonlar İsmayıllı (10 mln. manata yaxın), Beyləqan (3 mln. manatdan artıq), Daşkəsən (2 mln. manatdan artıq), Şamaxı, Qəbələ, Quba rayonlarıdır.
Yağışlar nəticəsində respublika əhəmiyyətli avtomobil yollarına, yaşayış məntəqələrini rayon mərkəzləri və respublika əhəmiyyətli yollarla birləşdirən yerli əhəmiyyətli yollara, eləcə də 40-a yaxın körpü və su ötürücü qurğulara ziyan dəyib.
Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

512