Valyutadəyişmə məntəqəsində işləyən qadına qarşı soyğunçuluq
28 iyun 2011 12:53 (UTC +04:00)

Valyutadəyişmə məntəqəsində işləyən qadına qarşı soyğunçuluq

Suraxanı rayonu ərazisində valyutadəyişmə məntəqəsinin əməkdaşı soyulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxtdakı valyutadəyişmə məntəqələrindən birində işləyən Mirvari İsgəndərova evə gedərkən naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs ona zor tətbiq edərək içərisində 13500 manat pul olan çantasını əlindən alaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar