Bakıda əlil qadın qarət edildi
Bakıda əlil qadına qarşı cinayət hadisəsi törədilib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Vəzirov küçəsi 20 ünvanın qarşısında naməlum şəxs 2-ci qrup əlil Yermakova Tatyana Viktoryevnanı soyub. Məlumata görə, qadın əlil arabası ilə hərəkət edərkən şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş şəxs ona yaxınlaşıb və içərisində mobil telefon, 50 manat pul və evin açarı olan çantasını əlindən alıb. Əlil qadına qarşı soyğunçuluq edən şəxs dərhal hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
Nizam RZA
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
Nizam RZA
536