Bakıda iki sərnişin avtobusu toqquşdu: 10 yaralı – SİYAHI
28 iyun 2011 09:51 (UTC +04:00)

Bakıda iki sərnişin avtobusu toqquşdu: 10 yaralı – SİYAHI

İyunun 27-də Bakıda iki sərnişin avtobusu toqquşub. Bakı şəhər Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayonu ərazisində 1973-cü il təvəllüdlü Nağıyev Rasim Xanputa oğlunu idarə etdiyi 10 TE 335 nömrəli “Daewoo” markalı iritutumlu sərnişin avtobusu 1951-ci ildə anadan olmuş Bağırov Elman Əli oğlunun sürdüyü “Mercedes” markalı avtobusla çırpılıb.


Nəticədə hər iki sürücü, həmçinin sərnişinlər - 1971-ci il təvəllüdlü Əliyev Asif Hüseyn oğlu, 1960-cı il təvəllüdlü Nəbiyeva Kişvər Lətif qızı, onun qızı 1993-cü il təvəllüdlü Nəbiyeva Zümrüd Yaşar qızı, 1956-cı il təvəllüdlü Həsənov Bayraməli Pirməmməd oğlu, 1991-ci il təvəllüdlü Abbasova Cəvahir İlqar qızı, 1977-ci il təvəllüdlü Vəliyeva Sevinc Əsəd qızı, onun qızı 1998-ci il təvəllüdlü Vəliyeva Nərgiz Əziz qızı və 1956-cı il təvəllüdlü Hüseynov Yusif Əli oğlu yaralanıblar.

Yaralılar Bakının müxtəlif xəstəxanalarına yerləşdiriliblər.
Faktla əlaqədar Nizami RPİ-də araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar