Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi dəyişdi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında” 2005-ci il 23 iyun tarixli 117 saylı qərarına dəyişiklik edib. Lent.az-ın Nazirlər Keabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarın ikinci hissəsində “Əliyev Çingiz Mirzəkişi oğlu - Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru” sözləri “Cəfərova Şəlalə Ziyad qızı - Dövlət Sosial Müdafiə Fondu aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.
Bununla da Dövlət Sosial Müdafiə Fondu aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri Şəlalə Cəfərova Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının yeni üzvü olub.
Bununla da Dövlət Sosial Müdafiə Fondu aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri Şəlalə Cəfərova Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının yeni üzvü olub.
584