Lənkəranda qadının dörd uşağı doğulub
Azərbaycanın Lənkəran rayonunda sensasiya baş verib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun İstisu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Sevinc İdris qızı Fərziyeva ötən gecə MRX-nin doğum şöbəsində bir dəfəyə 4 uşaq - iki qız, iki oğlan dünyaya gətirib. MRX-nin doğum şöbəsinin müdiri Yeganə Nəhmətova bildirib ki, körpələr qeysər əməliyyatı yolu ilə dünyaya gəliblər. Onlardan birinin çəkisi 900 qram, ikisinin çəkisi 1300 qram, sonuncunun çəkisi isə 1400 qramdır.
Dünən Lənkəran MRX-nın doğum şöbəsində rayonun Osaküçə kənd sakini, 1984-cü il təvəllüdlü Kamilə Əli qızı Qafarova isə üçəm - iki qız, bir oğlan dünyaya gətirib. Hər iki ananın və körpələrin vəziyyəti qənaətbəxşdir.

472