Bakı Neft Emalı zavodunda yanan işçi xəstəxanada öldü
5 saylı xəstəxanadan Lent.az-a verilən məlumata görə, ciddi yanıq xəsarətləri ilə daxil olan 1954-cü il təvəllüdlü Suraxanı rayon, Əmircan qəsəbə sakini, Eyvazov Güloğlan Məlik oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralı Bağırov İlham Rəşadəddin oğlunun vəziyyəti isə qənaətbəxşdir.
Qeyd edək ki, hadisə zavodun 2 saylı sexinin 21 saylı qurğusunda (ELOU-AVT) aparılan təmir işləri zamanı baş verib. Nəticədə xeyli ərazi yansa da, istehsalat prosesi dayanmayıb.
Nizam RZA

2672