“Uçan tabut” dəhşət saçdı: 44 ölü, 8 yaralı
İyunun 20-də, gecə saat 23:40 radələrində Moskva-Petrozavodsk reysi ilə uçan “RusEyr” şirkətinə məxsus “Tu-134” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hələ məlum olmayan səbəbə görə təyyarə Petrozavodsk hava limanı yaxınlığında, Kareliyanın Besovets qəsəbəsində yerə çırpılıb.
Təyyarə yerə düşərkən meşə kənarında iz buraxıb yalnız Besovets qəsəbəsindəki bağ evlərinə 20 metr qalmış dayanıb. Avtomobil yolunda çevrilən “Tu-134” parçalanıb, sonra da yanmağa başlayıb. Təyyarənin hissələri, mühərrik, oturacaq və salonun parçaları 100 metr kənara düşüb.
Moskvanın Domodedovo aeroportundan qalxan təyyarənin göyərtəsində 52 nəfər olub. 44 nəfər həlak olub, 8 nəfər ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ölənlər arasında Rusiyanın futbol hakimi Vladimir Pettay və İsveç vətəndaşı da var. Ağır vəziyyətdə olan yaralılardan biri isə uşaqdır və onun üzərində artıq cərrahi əməliyyat keçirilib.
Təyyarənin qəzaya uğramasının səbəbi hələ dəqiq müəyyənləşdirilməsə də, artıq müxtəlif versiyalar irəli sürülməkdədir. Məsələn, Kareliya rəhbərinin müavini Aleksey Morozov deyib ki, təyyarə enişə hazırlanan vaxt Petrozavodsk hava limanının uçuş-eniş xəttində işıqlandırma sistemi işləməyib. Onun sözlərinə görə, təyyarənin enişindən əvvəl qəfil işıqlandırma sistemi sönüb. O, işıqlandırma sisteminin hansı səbəbdən işləmədiyinə aydınlıq gətirməyib.
Rusiya Fövqəladə Hallar Nazirliyi də təsdiq edib ki, təyyarə enişə hazırlanan vaxt Petrozavodskda hava dumanlı və yağışlı olub. Təyyarənin nasaz olması, yaxud texniki heyətin səhvi ucbatından qəza baş verməsi versiyaları da araşdırılır.

798