Bəxtiyar Hacıyevin apelyasiya məhkəməsinin tarixi bəlli oldu
Lent.az-ın məlumatına görə, onun şikayətinə iyunun 23-də baxılacaq. Gəncə Apelyasiya Məhkəməsi apelyasiya işinə hazırlıq iclasını iyunun 23-də saat 12-yə təyin edib. Prosesə hakim Çingiz Məmmədov sədrlik edəcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Anar Gəraylı

426