Rusiya səfirliyinin qarşısında qəribə etiraz aksiyası
Bu gün saat səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin qarşısında həyəcanlı vəziyyət yaranıb. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rusiya vətəndaşı Hüseynov Aqil Telman oğlu əlində benzin və kibrit tutaraq, özünü yandıracağını deyib.
Hadisə yerinə gələn polis nəfərləri həmin şəxsi sakitləşdirməyi bacarıb.
Verilən məlumatda bildirilir ki, A.Hüseynov bir neçə dəfə Azərbaycanı tərk etmək istəsə də, sənədlərində yaranan problemlər səbəbindən sərhədi keçə bilməyib. Nəticədə çıxış yolu tapa bilməyən şikayətçi səfirliyi özünü yandıracağı ilə hədələyib. Hazırda A.Hüseynovun problemi araşdırılır.
Qeyd edək ki, özünü yandıracağını deyən şəxsin ailəsi Rusiya paytaxtında yaşayır.

1025