Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Əli Evsen saxlanılıb
20 iyun 2011 12:05 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Əli Evsen saxlanılıb

Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın iş adamı Hüseyn Salemi və onun oğlu Halid Salemi çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə bağlı İspaniyada saxlanılıb.

Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Ali Evsen adlı bir türkiyəli iş adamı da çirkli pulların yuyulmasına kömək etdiyi üçün saxlanılıb.

Hüseyn Saleminin əsas ortaqlarından olduğu “East Mediterranean Gas” (EMG) şirkətinin İsrailə dünya bazarındakı qiymətlərdən aşağı təbii qaz satdığı və təbii qaza görə ödənilən pulların İspaniyadakı bank hesablarına göndərildiyi üçün saxlanıldığı bildirilir. İş adamının 33 milyon avroluq hesablarını donduran İspaniya polisi Ali Evseni isə çirkli pulları qurduğu şirkətlər vasitəsi ilə Hüseyn Saleminin ailəsinin hesablarına göndərdiyini açıqlayıb.

Hüseyin Salemi Madriddəki lüks evində saxlanılıb. Onun İspaniyanın tətil bölgəsi olan Marbellada qiyməti 10 milyon dollar olan villaları üzərinə də həbs qoyulub.

Qeyd edək ki, Ali Evsenin Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “Azsamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar