Tovuz mafiyasının Vladivastok sirri
2007-ci ilin dekabrında Rusiya Federasiyasının Vladivastok şəhərində azərbaycanlı iş adamı Ramiz Verdiyev qətlə yetirilib. İş adamı özünə məxsus restoranların birindən çıxdığı zaman bir qrup silahı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər Ramiz Verdiyevin avtomobilinə tərəf odlu silahlardan atəş açıblar. Çoxlu sayda güllə yarası alan Ramiz Verdiyev hadisə yerində keçinib. Onun cangüdəni Yuriy Lapin və sürücüsü Sahib Ələsgərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Rusiya hüquq-mühafizə orqanlarının apardığı istintaqla qətlin sifarişçisi Vladivastok şəhərində biznes fəaliyyəti ilə məşğul olan, digər həmyerlimiz Namiq Mehrəliyev olduğu müəyyən edilib.
Lent.az Namiq Mehrəliyev və onunla birlikdə bu qətli törədənlərin cinayət işini təqdim edir.
Arayış
Qətlin sifarişçisi: Namiq Mehrəliyev 1977-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. 2000-ci ilin əvvəllərindən Rusiya Federasiyasında yaşayıb. Rusiyanın Vadivastok şəhərində biznes fəaliyyəti ilə məşğul olub.
Qətlə yetirilən: Ramiz Verdiyev 1972-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Rusiyada Vladivastok şəhərində biznes fəaliyyəti ilə məşğul olub. “Dostluq” Azərbaycan Yardım Fondunun təşkilatçısı olub.
Vladivastok t(ov)uz(lu)ları
Vladivastok şəhərində Azərbaycanın digər regionları ilə müqayisədə tovuzluların sayı üstünlük təşkil edir. Bu şəhərdə hər regiondan olan soydaşlarımıza bir nəfər başçılıq edirdi. Tovuzlulara isə Elnur Zeynalov adlı bir şəxs başçılıq edirmiş. “Şuk” ləqəbi ilə tanınan Elnur Zeynalov tovuzlulara qeyri-rəsmi liderlik edir, Namiq Mehrəliyev də onun himayəsi altında fəaliyyət göstərirmiş.
Elnurun liderliyini heç də bütün tovuzlular qəbul etmirdilər. Bu tovuzlulardan biri də Ramiz Verdiyev idi. Ramiz Elnurla bir kənddən olmasına baxmayaraq, o, Elnurun tovuzlulara himayədarlığını qəbul edə bilmirdi. Təbii ki, rəqiblərin biznes maraqları da toqquşurdu. Hər ikisi Vladivastokda restoran, kafe və oyun zallarının sahibi idi. Elnurun himayəsi altında işləyən Namiq Mehrəliyev isə şəhərdə yaşayan azərbaycanlılardan haqq yığırmış. Arxası olmayan həmyerlilərimiz orada təhlükəsiz yaşamalarına görə Namiqə haqq verirmişlər.
“Şuk”un ölümü, tovuzlular arasında ixtilaf daha da böyüyür
Elnurla Namiqin həmkəndlisi Ramiz Verdiyev isə onların bu cür hərəkətlərinə qarşı çıxırdı. Ona görə də həmkəndlilər arasında münaqişəli vəziyyət daha da kəskinləşirdi. 2007-ci ilin aprelində Ramizin qardaşı oğlu Rəşad ilə “Şuk” ləqəbli Elnur arasında mübahisə yaranır. Hər iki tovuzlu silaha əl atır. Nəticədə Rəşad Elnuru öldürür. Yerli məhkəmə Rəşad Verdiyevə 11 il həbs cəzası kəsir.
“Şuk”un ölümü Namiqlə Ramiz arasında olan münaqişəni pik nöqtəyə çatdırır. Elnur öləndən sonra Namiq öz fəaliyyətini davam etdirməkdə çətinlik çəkir. Daha ona heç bir azərbaycanlı haqq vermək istəmir. Bunun bir səbəbi də Ramiz Verdiyevin Namiqə mane olması idi. Ona görə də Namiq Ramizi aradan götürməyə qərar verir.
Yasda cızılan qətl planı: “Burada ya Ramiz qalmaldır, ya da mən”
Elnurun yas məclisində Namiq həmkəndliləri “Fedya” ləqəbi ilə tanınan Əziz Hacıyev, Elmar Həsənov və Anar Hacıyevə Elnurun Ramiz Verdiyevin sifarişi ilə öldürüldüyünü söyləyir. O, həmkəndlilərinə Ramizi öldürməyi təklif edir. Həmkəndliləri də onunla razılaşırlar. Buna səbəb Namiqin onlara biznes qurmaqda kömək edəcəyi, avtomobil alacağı və pul verəcəyi barədə söz verməsi olur. Namiq onlara “burada ya Ramiz qalmaldır, ya da mən” deyir.
Bundan sonra Namiq və dəstəsi Ramizi hədələməyə başlayır. Ona görə də Ramiz özünə mühafizəçi tutur. Özəl təhlükəsizlik xidməti şirkətlərindən Ramiz üçün Yuriy Lapin adlı mühafizəçi göndərliir. Ramiz Namiqdən təhlükə gələcəyini öncədən hiss edirmiş. Hətta cangüdəni Yuri Lapinə də bu haqda deyir və Namiqin şəkillərini ona göstərir.
Namiq və dəstəsi ilk olaraq Ramizi izləmək qərarına gəlir. Bu iş Elmar və Əzizə tapşırılır. Onlar Ramizi izləyirlər. Axşam Namiqə məxsus “Şaşlıçnaya” kafesində görüşürlər. Namiqə Ramizin “U 001 BK” RUS dövlət qeydiyyatı nişanlı “Toyota Land Cruiser” markalı avtomobildə gəzdiyini, hər gün Fadayev küçəsindəki “Rosbakleya” bazasına, Okatova küçəsindəki “Komfort” mağazasına getdiyini xəbər verirlər.
9 ay ölümünü gözləyən biznesmen
Beləliklə, Namiqin dəstəsi 9 ay Ramizi izləyir. Nəhayət gün gəlir çatır. 2008-ci ilin yanvarın 11-də Namiqin dəstəsi Ramizi öldürmək planını həyata keçirir. Namiq dəstə üzvlərini avtomat və tapança silahlarla paylayır. Qabaqcadan hazırlanmış plana əsasən, Elman avtomobili idarə etməli, Anarla Əziz isə avtomobildə arxada oturmalı idi. Ramizə Anar tapançadan, Əziz isə avtomatdan atəş açmalı idi.
Yanvarın 11-də axşam saatlarında hər üçü qara maska geyinib avtomobildə Ramizin şam elədiyi “Tural” kafesinin qarşısında pusqu qurur. Ramiz kafedən çıxan vaxt Əzizlə Anar maşından düşərək Ramizə tərəf atəş açmağa başlayırlar. Anar 8, Əziz isə 22 dəfə atəş açır – ümumilikdə 30 dəfə atəş açılır! Nəticədə Ramiz Verdiyev hadisə yerində ölür, cangüdəni Yuriy Lapin və sürücüsü Sahib Ələsgərov ağır yaralanırlar. Namiqin dəstəsi isə maşına oturub hadisə yerindən qaçır. Onlar planın baş tutduğu barədə Namiqə xəbər verirlər.
İki ölkə, iki ayrı məhkəmə prosesi və iki ayrı hökm
Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəxslər tutularaq istintaqa təhvil verilir. Namiq Mehrəliyev barəsində olan cinayət işi Azərbaycana göndərilir. Digər üç nəfər - Anar Haclyev, Əziz Hacıyev və Elman Həsənov barəsində olan cinayət işinə Rusiya Federasiyası Primorski Vilayət Məhkəməsində baxılır. Məhkəmənin hökmü ilə Anar Hacıyev 20 il, Əziz Hacıyev 17 il, Elman Həsənov isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilir.
Namiq Mehrəliyevin barəsində olan cinayət işinə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır. Məhkəmənin hökmü ilə Namiq Mehrəliyevin cinayətdə əməli tam sübuta yetirilərək 15 il müddətinə azadlıqdan məhrum edilir.
P. S Bu hadisə nəticəsində Tovuz rayonunun qürbətdə yola getməyən Dönük Qırıqlı kənd sakinlərindən 2 nəfəri həyatını itirir, 4-ü isə ömrünün çox hissəsini həbsdə keçirməli olur.
Fərid ƏKbərov
[email protected]

1960