Milli Ordunun əsgəri avtomatla özünü vurdu
18 iyun 2011 15:56 (UTC +04:00)

Milli Ordunun əsgəri avtomatla özünü vurdu

Bu gün Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Qazax rayonu ərazisində yerləşən hərbi hissəsində intihara cəhd faktı qeydə alınıb.

APA-nın məlumatına görə, adı çəkilən hərbi hissənin əsgəri Hümbətov Fikrət Rasim oğlu avtomat silahdan çənəsinin altını nişan alaraq atəş açıb. İntihara cəhd edən əsgərin vəziyyəti ağırdır. Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar