Günün tarixi
19 iyun 2011 08:00 (UTC +04:00)

Günün tarixi

1097. Səlcuq türkləri İznik şəhərini (Türkiyə) tutub

1623. Fransız fizik Blez Paskal anadan olub

1862. ABŞ-da quldarlıq birdəfəlik ləğv edilib

1900. Aktyor Möhsün Sənani Tiflisdə anadan olub

1920. Erməni qatil Fətəli xan Xoyskini Tiflisin İrəvan meydanında qətlə yetirib

1934. Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik Azərbaycan Ensiklopediyasının nəşri haqqında qərar qəbul edib. Qərar həyata keçirilməyib

1937. Burjua millətçiliyində ittiham edilən Salman Mümtaz ev dustağı edilib

1941. Almaniya və Türkiyə arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalanıb

1947. “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdi anadan olub. İmam Xomeyni 1989-cu ildə onun ölümünə fitva verib

1961. Küveyt müstəqillik əldə edib

1992. Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurub

1997. Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyi Özbəkistanda açılıb

2009. “Təhsil haqqında Qanun” qəbul edilib

2009. Heydər Əliyev Fondu Strasburq kafedralının təmiri üçün 40 000 avro vəsait ayırıb

2009. İran Azərbaycan sərhədində qaçaqmalçılarla atışma zamanı 1 əsgər və bir neçə mülki şəxs həlak olub. Həlak olan əsgər Eltun İsgəndərova “Azərbaycan Milli qəhrəmanı” adı verilib.

Günün aforizmi

“Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik”.

Fətəli xan Xoyskinin ingilis general Tomsonla dialoqundan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar