Nemət Pənahlı 6 il həbs cəzası aldı
Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Nemət Pənahlının 7 il 6 ay, Ceyhun Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhkum edilməsini istəmişdi.

482